Gədəbəy rayonuna yağan güclü leysan yağışları təsərrüfata ziyan vurub.
Leysan yağışları və dolu nəticəsində rayonun Mormor, Arabaçı, Çay Rəsullu və daha bir neçə kənd ərazisində təsərrüfata ziyan dəyib.
Bəzi kəndlərdə yolları sel suları dağıdıb. Kəndlərə düşən dolu nəticəsində meyvə ağaclarına və bəzi evlərin dam örtüyünə də zərər dəyib. Rayonun Xarxar kəndindəki dağlıq ərazidəki otlaq sahəyə düşən ildırım nəticəsində 10-dan çox xırda buynuzlu heyvan tələf olub.
Qeyd edək ki, leysan yağışlar əsasən Şınıq bölgəsində intensiv olub və sakinlərin bildirdiyinə görə, bölgədə bir neçə kiçik körpüləri sel dağıdıb.
Baş vermiş təbiiət hadisəsinin vurduğu ziyanın hesablanması və yaratdığı problemlərin həlli istiqamətində işlər aparılır.(report)
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































