Səudiyyə Ərəbistanının "Saudi Arabian Airlines" aviaşirkətinə məxsus təyyarə Ciddə şəhərinin hava limanında qəza enişi edib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, uçuş zaman Mədinədən Banqladeşin paytaxtı Dəkkəyə uçan təyyarənin qabaq şassisində nasazlıq yaranıb.
Pilotların cəhdinə baxmayaraq şassinin buraxılması mexanizmi işə düşməyib. İnsident nəticəsində göyərtəsində 141 sərnişin və 10 ekipaj üzvünün olduğu təyyarədə xəsarət alan olmayıb.
Hadisənin səbəbləri araşdırılır.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































