İranda göbələkdən kütləvi zəhərlənmə faktı qeydı alınıb. Sputnik Azərbaycan "İSNA"-ya istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının Səhiyyə Nazirliyinin İnfeksion Xəstəliklər Mərkəzinin rəhbəri Məhəmməd Mehdi Quya açıqlama verib.
O bildirib zəhərlənmə nəticəsində 11 nəfər dünyasını dəyişib, ən azı 800 nəfər müxtəlif xəsarətlər alıb. Məlumata əsasən, hazırda xəstəxanalarda ən azı 230 nəfər qalır. Üç nəfərin üzərində böyrək köçürməsi əməliyyatı həyata keçirilib.
Kütləvi zəhərlənmə halı Kirmanşah, Kürdüstan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Həmadanda qeydə alınıb.
İnfeksion Xəstəliklər Mərkəzinin rəhbəri Məhəmməd Mehdi Quya qeyd edib ki, intensiv yağan yağışlar göbələklərin artması ilə nəticələnib: "İnsanlar zəhərli və zəhərsiz göbələkləri ayırd edə bilmirlər. Nəticədə zəhərli göbələklər mağazalarda yer alır"
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































