Bayılda, Buxta küçəsi 9 ünvanı boyunca ekzogen proses müşahidə olunur.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya açıqlamasında deyib.
O bildirib ki, Buxta küçəsi 9-da hələ sovet dövründə yamac terrasvarı kəsilib və yamacda evlər tikilib: "Biz Buxta küçəsindəki evlərdən təxminən 200 metr qərb - Badamdar istiqamətində müəyyən ekzogen proseslərin getdiyini müşahidə etmişdik. Buxta küçəsində yamacın terrasvarı kəsilməsi, yamacda evlərin inşa olunması, əraziyə suvarma məqsədilə, eyni zamanda, çirkab sularının axıdılması prosesin baş verməsinə səbəb olub. Nəticədə bir neçə ev uçub, yaşayış üçün mümkünsüz hala düşüb".
Evlərin yerləşdiyi yamacın sürüşməyə meylli ərazi olduğunu vurğulayan Ə. Qaralov qeyd edib ki, küçə balaca və dar olduğundan evlərin altında hansı proseslərin baş verdiyindən xəbərsizdirlər: "Ərazidə tərəfimizdən müşahidələr aparılaraq müfəssəl məlumat veriləcək".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































