Sumqayıt şəhəri ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.
APA-nın xəbərinə görə, Bakı-Quba-Rusiya avtomobil yolunun 32-ci km-də qeydə alınmış avtoqəza zamanı "Hyundai" və "Ford" markalı avtomobillər toqquşub.
Məlumata görə, Xızı rayon sakini, 1991-ci il təvəllüdlü Bəkirzadə Xəyyam Yusif oğlu idarə etdiyi "Hyundai" markalı avtomobillə paytaxt istiqamətində hərəkət edirmiş. Sərt və qaranlıq döngələrin birində onun avtomobili əks istiqamətdə gələn "Ford" markalı digər minik maşını ilə toqquşub.
Bundan sonra "Hyundai" markalı avtomobil alışaraq yanmağa başlayıb. Sürücü X.Bəkirzadə ətrafdakıların köməkliyi ilə yanan avtomobildən çıxarılsa da, onun artıq dünyasını dəyişdiyi məlum olub. "Ford"un sürücüsü və bir qadın sərnişin isə xəsarətlə Sumqayıt xəstəxanasına çatdırılıb.
Yol qəzası ilə bağlı istintaq araşdırmaları aparılır. Polis əməkdaşlarının verdiyi məlumata görə, dünyasını dəyişən X.Bəkirzadə Xızı Rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşı imiş.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































