Rusiyanın Leninqrad vilayətinin Volxovsk rayonunda 24 yaşlı Azərbaycan vətəndaşı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Hadisə mayın 14-ü səhər saatlarında Vokzalnı küçəsində yerləşən şampan şərabı kombinatında malların boşaldılması zamanı baş verib.
İlkin məlumata görə, o, yük paletini boşaltdıqdan sonra avtokarı anbardan üzü aşağı doğru arxaya verməyə başlayıb. Hansısa məqamda avtokar yana aşmağa başlayıb. Sürücü maşından çıxmağa çalışsa da, bunu bacarmayıb. Onun baş nahiyəsi ağır maşının altında qalaraq əzilib.
Həkimlərin sözlərinə görə, "təcili yardım" maşını gələnədək, o, artıq həyatını itirib. Mərhumun bir neçə gün əvvəl 24 yaşını qeyd etdiyi bildirilir. Leninqrad vilayətinin İstintaq Komitəsi faktla bağlı araşdırma aparır.Report
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































