Mayın 13-də Sumqayıtda intihar hadisəsi qeydə alınıb.
Bu barədə Sputnik Azərbaycan-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat veriblər. Hadisə şəhərin 9-cu mikrorayonu ərazisində qeydə alınıb. 2001-ci il təvəllüdlü P.Q. özünü yaşadıqları evin 5-ci mərtəbəsindən aşağı atıb və hadisə yerindəcə keçinib.
İlkin araşdırma zamanı məlum olub ki, intihar, təqribən gündüz saat 16.00 radələrində baş verib. Bundan bir qədər əvvəl gənc oğlan II və III qruplar üzrə keçirilən qəbul imtahanında iştirak edəndən sonra evə qayıdıbmış. Abituriyent kifayət qədər bal toplamadığı üçün anası onu danlayıb. Bundan qəzəblənən gənc münaqişə zamanı evin eyvanına çıxaraq özünü aşağı atıb.
Faktla bağlı AR Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































