Azərbaycanda pulsuz versiyası olduğu üçün bir çoxları tərəfindən istifadə edilən naviqasiya proqramı "Maps.Me"də ciddi qüsurlar aşkarlarıb. Belə ki, proqramda "redaktə" funksyası olduğu üçün bir çox hallarda xoşagəlməz hallarla qarşılaşmaq mümkündür. Məsələn, elə təqdim etdiyimiz fotodan da gördüyünüz ki, Tovuz rayonun mərkəzi küçələrindən birinə erməni qatil Monte Merkoryanın adı yazılıb. Yaxud fərdi şəxs hansısa obyekti öz evi kimi göstərib və. S
Bəs görəsən bu cür proqramlardan istifadə etmək olarmı? Bizi hansı çətinliklər qarrşısında qoya bilər?
"CaspianNavtel" şirkətinin rəhbəri Rizvan Cəfərov Avtosfer.az-a bildirib ki, sözügedən məsələdən xəbərdardır. "Bir neçə gün öncə şirkətimizin əməkdaşları müxtəlif xəritələrdə yeniləmələrin hansı formada olduğunu yoxlayırdılar. Bu barədə məlumat verdilər. Ümumiyyətlə bu cür ucuz, bəzən də pulsuz olaraq insanların istifadəsinə verilən proqramlardan istifadə etmək olmaz. Bu həm sizə doğru olmayan xətirəni verəcək, həm də burada təhlükəsizlik məsələsi ortaya çıxır."
R. Cəfərov bildirib ki, konkret olaraq "Maps.Me" "redaktə" funksyasını əlavə etməklə əslində bir çox hallarda ciddi fəsadlara yol açır. "Təsəvvür edin ki, bir erməni daxil olub Azərbayvandakı küçələrin, yerlərin adını dəyişir. Yaxud da kimsə ölkə üçün strateji əhəmiyyətli obyektin dəqiq ünvanını ora əlavə edir və s. Odur ki, tövsiyə edərdim ki, bu cür proqramlardan istifadə etməsinlər."
Qeyd edək ki, Rusiya tərəfindən yaradılan bu proqram daha çox MDB və yaxın şərq ölkələri (Rusiyaya yaxın) üçün xəritələri hazırlayıb.
Avtosfer.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı






















































