Rusiya futbol üzrə Dünya Çempionatı keçirilən zaman yanğından mühafizə üçün xüsusi rejim tətbiq edəcək.
Mediainfo.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri Vladimir Puçkov fərman imzalayıb.
Fərmana əsasən, çempionat ərəfəsində tonqal qalanması, piknik zamanı kabab çəkilməsi, zibillərin yandırılması qadağan edilir. Meşə gözətçiləri, yanğınsöndürənlər və könüllülər qaydaların pozulmaması üçün lazımi yerlərdə keşik çəkəcəklər.
Qaydaları pozan vətəndaşlar 2 - 4,5 min rubl, fiziki şəxslər 15-40 min rubl, hüquqi şəxslər isə 200-500 min rubl cərimələnəcəklər.
Qeyd edək ki, Futbol üzrə Dünya Çempionatı 14 iyun-15 iyul tarixində Rusiyanın 11 şəhərində keçiriləcək.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































