"Proactiva Open Arms" qeyri-hökumət təşkilatının dənizçiləri tərəfindən Liviyanın Aralıq dənizi sahillərində 100-dən çox miqrant xilas edilib. "Report" xəbər verir ki, bu barədə İtaliyanın Sahil Mühafizəsi məlumat yayıb. Bildirilir ki, miqranların olduğu rezin qayıq Aralıq dənizində Britaniya bayrağı altında missiya həyata keçirən "Proactiva Open Arms" gəmisi tərəfindən aşkarlanıb. Onun heyəti vəziyyətin gərginliyini nəzərə alaraq, ərazidə xilasetmə əməliyyatının Liviyanın Sahil Mühafizəsi tərəfindən həyata keçirilməsinə baxmayaraq, miqranları gəminin göyərtəsinə qaldırmaq qərarını verib. Ümumilikdə 105 miqrant xilas edilib.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































