"Air Canada" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin pilotu eniş zamanı öz səhvini düzəldərək son anda bir neçə təyyarə ilə toqquşmadan yayınıb və bəlkə də, min nəfərin ölümü ilə nəticələnə biləcək qəzanın qarşısını alıb. "Report" "The Daily Mirror" nəşrinə istinadən xəbər verir ki, Torontodan San-Fransiskoya uçan təyyarə az qala hava limanında uçuş vaxtını gözləyən dörd laynerin üzərinə eniş edəcəkmiş. Pilot eniş icazəsi aldıqda, təsadüfən təyyarəni enmə zolağı yanında olan yola aparıb. Bu zaman öz səhvini başa düşən təyyarəçi, hava gəmisini yerdə gözləyən təyyarələrin 1,5 metr hündürlüyündən uçurub. Hadisə ötən ilin yayında baş versə də, video indi yayımlanıb.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































