ANAMA əməkdaşı Xocalıda minaya düşüb
10 Sentyabr 10:46
Saatlı rayonunda velosipedçinin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Əlisoltanlı kəndində qeydə alınıb.
Kənd sakini, 1993-cü il təvəllüdlü Hüseynov Mahir Şahmar oğlunu velosipedlə yolu keçmək istəyən zaman "Mercedes" markalı avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan velosipedçi Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.