Göyçay Rayon Mərkəzi Xəstəxanası toyundan 3 gün sonra dünyasını dəyişən 25 yaşlı gəncin ölümü ilə bağlı açıqlama verib.
Xəstəxananın baş həkimiNİN aznews.az-a verdiyi məlumata görə, Nihat Abdullayevin qəfildən kəskin temperaturu qalxıb:
"Temperaturu 42 dərəcəyə qalxıb, evdə yardım ediblər, baxıblar ki, təzyiqi sıfra düşüb. Bundan sonra onu xəstəxanaya gətiriblər. Biz də Nihatı reanimasiya şöbəsinə yerləşdirdik. Hər yerdən də həkimlər dəvət etdik, onu vəziyyətdən çıxarmağa çalışdıq. Nə etdiksə, mümkün olmadı, xəstəni həyata qaytara bilmədik. Böyrək çatışmazlığından dünyasını dəyişib. Ağır itkidir, Allah rəhmət eləsin. İndi onların evində toy yasa çevrilib...".
Qeyd edək ki, Göyçayda toydan 3 gün sonra bəy dünyasını dəyişib. Göyçay şəhər sakini 1993-cü il təvəllüdlü Abdullayev Nihat Bəhruz oğlunun halı qəflətən pisləşib. O, Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
Mətbuatda yayılan xəbərlərdə Nihat Abdullayevin talassemiya xəstəsi olduğu da vurğulanır
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































