ABŞ-da C-130 ("Hercules") hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub. "Report"un "ABC News"ə istinadən məlumatına görə, hadisə vaxtı təyyarənin göyərtəsində Puerto-Rikonun Milli Qvardiyasının zabitləri olub. Onlar istefaya çıxmaq üçün Arizonaya gəlirmiş. Bu, həm də 60 il istismar edilən təyyarənin son uçuşu olmalı idi. Lakin təyyarə beynəlxalq hava limanından qalxdıqdan dərhal sonra yanmağa başlayıb və avtomagistrala düşüb. Polis nümayəndəsi həmin vaxt yolda heç bir avtomobilin olmamasını möcüzə adlandırıb. Puerto-Rikonun Milli Qvardiyasının nümayəndəsi, mayor Pol Dalen qeyd edib ki, C-130 ("Hercules") hərbi-nəqliyyat təyyarəsi köhnə olmasına baxmayaraq, yaxşı vəziyyətdə olub. C-130 ("Hercules") təkcə ABŞ-ın deyil, bir çox ölkələrin Hərbi Hava Qüvvələrində əsas taktiki nəqliyyat vasitəsidir.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































