Bir il əvvəl Azərbaycanda saxlanılan FETÖ terror təşkilatının Batumi üzrə nümayəndəsi Mustafa Ceyhan Türkiyəyə təhvil verilib.
APA-nın "Milliyet"ə istinadən verdiyi xəbərə görə, İnterpol xətti ilə beynəlxalq axtarışa verilən və təxminən 1 il həbsdə olan Ceyhan ötən gün Azərbaycandan Türkiyəyə ekstradisiya olunaraq İstanbulun Atatürk Hava Limanına gətirilib.
Məlumata görə, məhkəmənin hökmü ilə Mustafa Ceyhan həbs olunaraq cəzaçəkmə müəssisinə göndərilib.
Qeyd edək ki, Türkiyə vətəndaşı Mustafa Ceyhan Fətullahçı Terror Təşkilatını (FETÖ) üzvü olmaqda ittiham edilərək, barəsində axtarış elan olunub. O, ötən ilin aprel ayında Gürcüstan Respublikasından Azərbaycana qanunsuz yolla keçmək istəyən zaman həbs edilib.
M.Ceyhan Azərbaycan Respublikasının sərhədlərini qanunsuz yolla keçməyə cəhd etməkdə ittiham olunaraq, 1 il müddətinə azadlıqdan məhrum edilib.
Daha sonra Türkiyə Respublikası Mustafa Ceyhanın ekstradisiya olunması ilə bağlı Azərbaycana müraciət edib.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































