İraqda İŞİD üzvü olan 14 əcnəbi qadının məhkəməsi keçirilib. Müttəhimlər arasında Azərbaycan vətəndaşları da var. Bu barədə İraq Ali Məhkəməsinin sözçüsü Abdulstar Bayraqdar mətbuata verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, məhkəmədə şahid ifadələri də dinlənib:"Məhkəmədə 5 azərbaycanlı və 3 dağıstanlını İSİD üzvü olmaları səbəbiylə mühakimə olundular. Məhkəmə 3 Rusiya vətəndaşı, 2 Azərbaycan vətəndaşı və bir Fransa vətəndaşı ömürlük həbs cəzasına məhkum etdi".
Bayraqdar həmçinin qeyd edib ki, mühakimə olunan qadınların İraq təhlükəsizlik orqanlarına qarşı fəaliyyət göstərdikləri sübuta yetirilib. Cəza İraq Konstitusiyasının "Terrorla Mübarizə" Qanununun 4-cü maddəsinə uyğun olaraq verilib.
Mənbənin yazdığına görə, İraq Məhkəməsi aprel ayının 2-də Türkiyə vətəndaşı olan 6 qadının İŞİD-ə üzv olduğuna görə edam cəzasına məhkum etmişdi. Məhkəmə həmçinin, yanvarın 21-də İŞİD-ə maddi yardım göstərməkdə ittiham olunan Mərakeş əsilli alman vətəndaşı bir qadına da edam cəzası verib.
Xatırladaq ki, ötən il İraqda İŞİD-ə qarşı keçirilən əməliyyatlarda cihadçı döyüşçülərin ailə üzvləri olduğu bildirilən azı 560 qadın və 600 uşaq İraq Təhlükəsizlik Qüvvələrinin əlinə keçmişdi. Virtualaz.org
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































