Azərbaycanın ikinci "Azerspace-2/Intelsat 38" geostasionar peykinin buraxılışı təxirə salınıb.
Trend-in məlumatına görə, bu barədə peykin buraxılışı ilə məşğul "Arianespace" (Fransa) şirkətindən bildirilib.
Qeyd olunur ki, daha əvvəl mayın 25-ə təyin olunmuş proses Hindistanın kosmik-tədqiqat təşkilatının GSAT-11 peykində aparılan texniki yoxlamalarla əlaqədar yay aylarına keçirilib.
Bildirilir ki, dəqiq tarix yaxın zamanlarda elan olunacaq.
Qeyd edək ki, peyk Cənubi Amerikanın şimal-şərqində yerləşən Kuru (Qvian Kosmik Mərkəzi) kosmodromundan "Ariane 5 ECA" raket daşıyıcısının köməyi ilə orbitə buraxılacaq.
"Ariane 5 ECA" raket daşıyıcısı Azərbaycanın peykindən başqa, eyni vaxtda orbitə Hindistanın "GSAT-11″ rabitə peykini də çıxaracaq.
Azərbaycanın "Azerspace-2/Intelsat 38″ peykinin xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































