Cəlilabad rayonun Bayxanlı kəndində 16 yaşlı məktəbli qızın intihar etməsi hadəsisi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, orta məktəbin 10-cu sinif şagirdi olan 2002-ci il təvəllüdlü Kamranova Aytac Hüseyn qızı əmisi oğlu ilə dalaşandan sonra həyatına qəsd edib. Belə ki, əmisi oğlu 16 yaşlı Aytacın telefon işlətməsini ona irad tutub. Yeniyetmə qız isə atasının ona telefon almadığını, ümumiyyətlə mobil telefondan istifadə etmədiyini, kiminləsə yazışmadığını deyib. Bundan sonra əsəblərinə hakim ola bilməyən qız dama gedərək özünü asıb.
Bayxanlı kənd orta məktəbinin direktoru Firudin Qürbətov Lent.az-a bildirib ki: "Aytac Kamranova yaxşı davamiyyəti olan, məsuliyyətli və tərbiyəli şagird olub. Son iki gün idi dərsə gəlmirdi. Valideynləri noxud alağı üçün icazə alıb. Buna görə də hadisənin baş verdiyi gün, yəni dünən də dərsdə olmayıb. Bununla belə məktəbin ən sevilən, tərbiyəli, qanacaqlı şagirdlərindən biri idi. Hadisənin səbəbi araşdırmadan sonra dəqiq bilinəcək".
Qeyd edək ki, faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































