Mehdiabad qəsəbəsi ərazisində marşrut avtobusu Şəki rayon sakini, 1975-ci il təvəllüdlü Araz Səmədi vurub.
Ağır xəsarət alan A.Səmədin həyatını xilas etmək mümkün olmayıb.
Araz Səməd şair idi.
Onun yaxın tanışı olan şair Rauf Qərib Alagözün Kulis.aza vediyi açıqlamaya görə, Aaraz Səməd Bakıya iş axtarmağa gəlibmiş:
"Dünən mənə zəng etdi, telefonu açmaq imkanım olmadı, sonra vatsapda mesaj yazdı. İşlə bağlı görüşümüz olmalı idi. Bu səhər zəng vurdum, nömrəsinə zəng çatmadı. Narahat oldum. İndi də sosial şəbəkələrdən belə bir xəbər oxudum. İnanmağım gəlmir."
R.Alagözün sözlərinə görə, A.Səməd vatsapda özünün facebook profilinin oğurlanması barədə mesaj da yazıbmış.
Xatırladaq ki, A.Səmədin profili bağlıdır.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































