Xəbər verdiyimiz kimi, millət vəkili Astan Şahverdiyev Qusarın Çiləgir kəndində yerləşən "Chateau" otelində ürək tutmasından ölüb. Sosial şəbəkələrdə və bəzi KİV-lərdə deputatın ölümü ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Qeyd olunur ki, Astan Şahverdiyev yüksək dozalı həbdən (Viaqra) istifadə etdiyi üçün dünyasını dəyişib.
Məsələ ilə bağlı Qusar rayon prokurorluğundan verilən məlumata görə, Astan Şahverdiyev həqiqətəndə Qusarın Çiləgir kəndində yerləşən "Chateau" oteldə dünyasını dəyişib. Onun ölməsinə səbəb isə ürək tutmasıdır. Yayılan məlumatlar isə həqiqətə uyğun deyil. Məsələ ilə bağlı əlavə məlumat veriləcək.
Hadisənin istintaqını aparan müstəntiq unikal.org-a açıqlamasında vurğulayıb ki, mərhum A.Şahverdiyev haqqında yayınlan məlumatlar yalandır: "Onun ölümü ilə bağlı irəli sürülən versiyaların hamısı əsassızdır. A.Şahverdiyev şənbə və bazar günləri dincəlmək üçün buraya gəlib. Səhər saatlarında özünü narahat hiss edib və bu zaman ürək tutmasından dünyasını dəyişib. Yayılan məlumatlar xalq tərəfindən seçilmiş millət vəkilinə atılmış ləkədir.
Hazırda A.Şahverdiyevin ölümü ilə bağlı araşdırma davam etdirilir".
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































