"Azəriqaz" İstehsalat Birliyi Bakının bəzi yerlərində qazın olmaması barədə sakinlərin şikayətlərinə aydınlıq gətirib.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev AzVision.az-a bildirib ki, Respublika ərazisində temperaturun aşağı düşməsi və havanın kəskin soyuması nəticəsində birliyin balansında olan kəmərlərdə qazın təzyiqi aşağı enib.
"Bu isə müəyyən ərazilərdə mavi yanacağın verilişində çətinlik yaradıb. Şəbəkəyə verilən təbii qazın həcmi artırıldıqdan sonra Respublika üzrə tək-tək şikayətlər istisna olmaqla, bu gün mavi yanacağın verilişi ilə bağlı hər hansı məhdudiyyət, problem yaşanmır. Hazırda əməkdaşlarımız tərəfindən tənzimləmə işləri davam etdirilir. Tələbat artdıqca təbii qazın verilişi də artır. Ötən günlərlə müqayisədə aprelin 14-i və 15-i tarixlərində təbii qazın verilişində 2 milyon 800 kub metr artım olub", - deyə qurum rəsmisi vurğulayıb.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































