Paytaxtda yol təmizləyən qadını avtomobil vuraraq öldürüb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Məlumata görə, 15:00 radələrində Atatürk prospektində şəxsiyyəti hələlik məlum olmayan süpürgəçi qadını avtomobil vurub. Ağır xəsarət alan qadın yerindəcə keçinib.
Hadisə yerindəki şahidlər iddia ediblər ki, polislər qadının üzərindəki süpürgəçi olduğunu bildirən fərqləndirici jileti çıxarıblar. Onun yol təmizləyən olduğunun bilinməməsi üçün belə edildiyi bildirilir.
Xatırladaq ki, martın 28-də aeroport yolunda süpürgəçi Cəmilə Salahova yol süpürərkən "Kamaz"la vurularaq öldürülmüşdü.
Həmin hadisədən sonra Bakı şəhər Dövlət Yol polisi İdarəsi şəhərin küçələrində kommunal-təsərrüfat işləri ilə məşğul olan, küçələri süpürən və təmizləyən işçilərə xüsusi jiletlər verilmişdi. Jiletlərin işıqqaytarma funksiyası olduğu üçün sürücülərin onları zamanında görəcəyi və qəzanın qarşısını alacağı düşünülürdü.

Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































