Ağstafa rayonunda yol qəzası baş verib.
Bünyamin Namazovun idarə etdiyi VAZ markalı avtomobil qarşı tərəfdən gələn avtomobillə toqquşub. Nəticədə sürücü B.Namazov və avtomobildə olan sərnişinlər - 1982-ci il təvəllüdlü İqbal Fazil oğlu Namazov, onun həyat yoldaşı, 1987-ci il təvəllüdlü Aytən Alı qızı Namazova, 2013-cü il təvəllüdlü Yusif İqbal oğlu Namazov, 1989-cu il təvəllüdlü Aygün Valeh qızı Alıyeva və 2017-ci il təvəllüdlü Onur Vüqar oğlu Alıyev ağır bədən xəsarətləri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, İqbal Namazov Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinin əməkdaşıdır.(report)
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































