Qobustan rayonunda qadın sürücü avtomobilini aşırıb.
Hadisə Bakı-Şamaxı-Yevlax magistralının 86-87-ci kilometriliyində baş verib.
Belə ki, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Ülviyyə Rəhim qızı Mirzəliyeva idarə etdiyi 90-AE-951 dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarına aşırıb. Hadisə nəticəsində qadın sürücü ağır bədən xəsarətləri alıb.
Yaralı Qobustan Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.( report)
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































