ANAMA əməkdaşı Xocalıda minaya düşüb
10 Sentyabr 10:46
Puerto-Rikonun şərq hissəsində yerləşən iki şəhərdə təqribən 1 milyona yaxın insan işıqsız qalıb.
Buna ağacın aşması səbəb olub.
"Kayey şəhərində elektrik şəbəkəsinin üzərinə aşan bu ağac Puerto-Rikonun şərq hissəsində yerləşən iki şəhərin - Manatidən Yabukoaya qədər enerji təchizatında problem yaradıb", - deyə AEE enerji şirkətinin nümayəndələri bildiriblər.
İlkin məlumatlara görə, təqribən 840 min nəfər işıqsız qalıb.
Bundan əlavə, beynəlxalq hava limanı və metronun işində problem yaranıb.