Sarı dənizdə iki gəmi toqquşub.
Bu barədə Koreya Respublikasının Sahil Mühafizəsi məlumat yayıb.
Məlumata görə, hadisə bu gün baş verib. Tanzaniya bayrağı altında üzən 500 tonluq gəmi Memuldo adasından 10 kilometr şimal-qərbdə Cənubi Koreyanın 15 tonluq balıqçı gəmisi ilə toqquşub.
Hadisə nəticəsində 3 nəfər ölüb, daha 3 nəfər itkin düşüb. Ölkənin dəniz polisi insanların axtarışı üçün 17 kater, habelə digər gəmilərə xilas əməliyyatı üçün hadisə yerinin yaxınlığından siqnal göndərib.
Axtarış-xilasetmə işləri davam etdirilir.(report)
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































