Azərbaycan səhiyyə nazirinin müavini Abbas Vəlibəyov bu gün 71 yaşında vəfat edib. Onun qəfildən dünyasını dəyişdiyi bildirilir.
Modern.az-ın məlumatına görə, bu, yüksək vəzifəli məmurun vəzifədə olduğu zaman öldüyü ilk hadisə deyil.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov da vəzifə başında dünyasını dəyişən yüksək ranqlı şəxslər sırasındadır. O, bu il fevralın 18 vəfat edib.
Azərbaycanın energetika naziri Natiq Əliyevin vəfatını da xatırlamamış olmazsınız. N.Əliyev ötən iyunun 3-də Bakıda keçirdiyi ürək tutmasından sonra müalicə üçün Türkiyəyə aparılmışdı. Türkiyə "Florence Nightingale" klinikasına yerləşdirilən N.Əliyev iyunun 8-də beyin insultu keçirmiş və dünyasını dəyişmişdi.
Arif Vəliyev Dövlət Statistika Komitəsinin (DSK) sədri vəzifəsini tərk etmədən ölmüşdü. O, 2014-cü il iyunun 23-də uzun sürən xəstəlikdən sonra vəfat etmişdi. A.Vəliyev 1993-cü ilin mayından ölən günə kimi həmin vəzifədə çalışıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Mahmud Kərimov 2013-cü fevralın 10-da ürəktutmasından dünyasını dəyişəndə elə himn postda çalışırdı. 65 yaşında vəfat etmiş M.Kərimov xüsusi təyyarə ilə Türkiyəyə aparılanda elə yoldaca keçinmişdi.
Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahov vəfat edəndə istirahətdəydi. O, 2017-ci il iyulun 7-də Qusar rayonunda dincələrkən ürək tutmasından dünyasını dəyişib.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































