ANAMA əməkdaşı Xocalıda minaya düşüb
10 Sentyabr 10:46
Azərbaycan Hava Yollarının J2-255 Bakı (GYD) - Naxçıvan (NAJ) reysini yerinə yetirən hava gəmisi uçuş zamanı quş ilə toqquşub.
Bununla əlaqədar olaraq hava gəmisinin komandiri Heydər Əliyev Beynalxalq Aeroportunda qayıtmaq barədə qərar qəbul edib. Təyyarə müvəffəqiyyətlə eniş edib.
AZAL-dan bildirilir ki, həmin reysin sərnişinləri Naxçıvana digər təyyarə ilə göndəriləcək.
Reysin statusu www.airport.az saytında əks etdiriləcək.
Quş ilə toqquşan təyyarə hal hazırda mühəndis-texniki heyət tərəfindən inspeksiya olunur.baku.vvs