ANAMA əməkdaşı Xocalıda minaya düşüb
10 Sentyabr 10:46
Moskvadan İstanbula gələrək oradan Bakıya səfərə hazırlaşan Rusiya vətəndaşı, azərbaycanlı sərnişin Elşad Hüseynzadə Atatürk hava limanında iğtişaş törədib.
Axar.az xəbər verir ki, bu barədə "Hürriyət" yazıb.
Türkiyə vaxti ilə 23:45-də Moskvadan İstanbula gələrək təyyarədən enən azərbaycanlı saat 01:30-a təyin edilən Bakıya uçuşa gecikib. Gecikdiyinin fərqinə varan sərnişin təyyarənin qapılarının bağlandığını gördükdən sonra 502 nömrəli qapıya yaxınlaşıb. Bağlı qapını yumruq və təpiklə qıraraq açan Hüseynzadə təyyarəyə tərəf qaçmağa başlayıb.
Hava limanının əməkdaşlarının polisə xəbər verməsindən sonra saxlanılan sərnişinin sərxoş vəziyyətdə olduğu müəyyən edilib. Polis ifadəsini aldıqdan sonra Elşad Hüseynzadəni sərbəst buraxıb.