ANAMA əməkdaşı Xocalıda minaya düşüb
10 Sentyabr 10:46
Bakıda 2 nəfər kişi ürək çatışmazlığından dünyasını dəyişib.
Nizami rayonu,Çobanzadə küçəsində yerləşən şadlıq evlərinin birində bədbəxt hadisə qeydə alınıb. Belə ki, toy məclisinə gələn Ramiz Əliyev adlı şəxsin qəfildən ürəyi dayanıb. R.Əliyevə ilkin tibbi yardım göstərib kömək eləmək istəsələr də, mümkün olmayıb.
Digər bədbəxt hadisə isə 37 saylı marşrut avtobusunda qeydə alınıb.
Belə ki, avtobusda əyləşən Ağalar Sultanov qəfildən sərnişinlərin üstünə yıxılıb. Məlum olub ki, A.Sultanovun ürəyi dayanıb.
Hər iki faktla bağlı aidiyyatı üzrə rayon prokurorluqlarında araşdırmalara başlanılıb.(olke.az)