Kanadanın Ontario əyalətində güclü külək nəticəsində 100 mindən çox abunəçi işıqsız qalıb.
Bu barədə çərşənbə günü CBC telekanalı yayıb.
Elektrikötürücü xətlərin qırılmasına səbəb olan pis hava şəraiti nəticəsində, əsasən regionun cənub hissəsi, eləcə də, təqribən 20 min istehlakçının işıqsız qaldığı Toronto və Ottava şəhərlərinin sakinləri əziyyət çəkiblər.
Hazırda qəza briqadaları zərərçəkmiş rayonlarda enerjitəchizatı verilişini təmin etmək üzərində işləyirlər, lakin işlərin nə zaman bitəcəyi açıqlanmır.
Bəzi yerlərdə pis hava şəraiti sulu qar ilə müşayiət olunur və bununla əlaqədar yol-nəqliyyat hadisələrinin sayı çoxalıb. Barri şəhəri ərazisindən keçən sürət şosesində təxminən 50-yə yaxın maşın toqquşub. Zərərçəkənlər barədə məlumat yoxdur.
Milli meteobüronun məlumatına görə, Ontarioda küləyin sürəti saatda 90 km-ə çatır.Report
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































