Sidik kisəsi çöldə doğulan 2 aylıq oğlan uşağı uğurla əməliyyat olunub.
"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Uşaq Cərrahiyyəsi ve Urologiyası Uzmanı Op.Dr.Fuad Hüseynov sosial şəbəkədə paylaşıb. Həkim bildirib ki, bu xəstəlik olduqca nadir yəni,100 min uşaqdan 3-də rast gəlinir:
"Bizə müraciət etdiyində artıq 2 aylıq olan körpəyə apardığımız müayinələr nəticəsində məlum oldu ki, körpənin sidik kisəsi, sidik axarları çöldədir, sidik kanalı yoxdur,cinsiyyət orqanı isə açıq şəkildədir. Əməliyyatdan öncə çəkilən rentgendə qasıq sümükləri arasındakı məsafə böyük olduğu üçün Uzman travmatoloq Fərhad Verdiyev tərəfindən arxadan qalça sümükləri kəsildi.
Çəkisi 3,5 kq olan körpə üzərində uşaq cərrahiyyəsinin ən çətin əməliyyatlarından olan sidik kisəsi ekstrofiyasının təmiri əməliyyatını uğurla icra etdik.Yəni sidik kisəsi ətraf toxumalardan sərbəstləşdirilərək normal yerinə yerləşdirildi. Ardından qasıq sümükləri yaxınlaşdırıldı, sidik kanalı bərpa edildi".
Həkimin sözlərinə görə, hazırda uşağın vəziyyəti yaxşıdır və artıq yaşadığı rayondadır.


Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































