Qazax rayonunda bir nəfərin ölümü, yeddi nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb bürosu xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Bakı-Qazax-Qırmızı körpü istiqamətində hərəkət edən "Mercedes" markalı sərnişin avtobusu "Mercedes" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü, Qaqzax rayon sakini, 1950-ci il təvəllüdlü Ziyalı Zahid oğlu Orucov hadisə yerində ölüb.
Hadisə zamanı həmçinin 59 yaşlı Allazova Aybəniz Mahmud qızı, Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Rəhimova Raidə Xanmirzə qızı, 1985-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Həsənova Fərmayə İsmayıl qızı, 1969-cu il təvəllüdlü Bakı sakini Süleymanova Mərziyə Cəlal qızı, 1956-cı il təvəllüdlü Bakı şəhər sakini Ramazanova Sevinc Zedulla qızı, 1953-cü il təvəllüdlü Gürcüstan vətəndaşı Bayramova Zeynəb Əhməd qızı xəsarət alıblar.
Hadisə yerinə cəlb olunan DYP əməkdaşları qəzanın səbəblərini araşdırır.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































