ARB TV-nin "Sirdaş Rövşanə" proqramına bu dəfə oğlu həbs olunan Maştağa sakini müraciət edib.
O, oğlunun həbsinin yanlış qərar olduğunu bildirib.
20 yaşlı gəncə yetkinlik yaşına çatmayan biri ilə cinsi əlaqədə olması maddəsiylə cinayət işi qaldırılıb və onun barəsində həbs-qəti imkan tədbiri seçilib.
Proqrama qatılan ata qonşuluqda yaşayan həmin qızın 13 yaşı olmasına baxmayaraq yüngül əxlaqlı olduğunu, lakin oğlunun heç bir zaman belə iş tutmadığını söyləyib.
Verilişdə ekspert qismində əyləşən vəkil bildirib ki, qıza təcavüz edilməyib:
"İlkin ehtimala görə münasibətə hər iki tərəf razılıq verib. Həmçinin qızla bağlı ikinci bu tip cinayət işi daha var".
Bu sözlərdən sonra ata əsəblərinə hakim ola bilməyib: "Məni başa düşün atayam mən. Oğlumun günahı var ömürlük iş versinlər. Bizim elə qeyrətsiz adamımız yoxdur. Oğluma şər atıblar. Mənim oğlum çıxacaq. Mənim nəslimdə belə şey yoxdur".
Minval.info
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































