Martın 30 və 31-də açıq dənizdə proqnozlaşdırılan hava şəraitinin kəskinləşməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə dənizdə fəaliyyət göstərən bütün struktur bölmələri məlumatlandırılıb.
SOCAR-ın idarə aparatı və sahələrdə növbətçilik təşkil olunub. Hava və dəniz nəqliyyatları vasitəsi ilə ümumi 1000 nəfərdən çox işçilərin sahilə çıxarılması üçün tədbirlər görülüb və yerinə yetirilib. Dəniz neft-qazçıxarma obyektlərində yalnız istehsalat zərurətinin tələb etdiyi qədər işçilər saxlanılıb.
Bununla yanaşı rəhbərlik tərəfindən bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində bütün işlərin maksimum dərəcədə məhdudlaşdırılması, nəqliyyat və işçilərin estakada və ya dəniz özüllərinin istehsalat sahələrində hərəkət etməsinə məhdudiyyətin qoyulması, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında bütün sahələrə göstərişlər verilib.
Bundan əlavə mümkün fövqəladə vəziyyətə cavab olaraq digər təşkilat və qurumlarla birgə əlaqəli tədbirlərin həyata keçirilməsi və mövcud vəziyyətin daimi nəzarətdə saxlanılması davam etməkdədir. Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-nin yanğından mühafizə gəmiləri növbətçilik həyata keçirirlər.Azadinform
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































