Moskvanın Domodedova aeroportunda sərnişin təyyarəsi uçuş zolağından qalxan zaman tüstülənməyə başlayıb.
Bu barədə TASS "Qlobus" aviaşirkətinin rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.
İnsident Moskvadan Novosibirskə uçmalı olan "Boeing 737-800" laynerinin göyərtəsində baş verib.
İlkin məlumata görə, təyyarəyə havaya qalxan əsnada pilot kabinasındaт qatı tüstü qalxıb. Pilot sayıq davranaraq uçuş zolağında təyyarəni dayandırıb.
Təyyarədə olan 129 sərnişin və 7 ekipaj üzvü rezin trapla təxliyyə olunub. Zərərçəkənlərin olmadığı bildirilir.
Aviaşirkətdən bildiriblər ki, tüstülənmə anti-friz mayesinin havalandırma sisteminə düşməsi ilə əlaqədar ola bilər.
"Ekipaj üzvləri təlimata uyğun hərəkət edib, bütün proseduralar vaxtında və düzgün yerinə yetirilib. Aviaşirkət Novosibirskə uçuş üçün ehtiyat təyyarə ayırıb" deyə məlumatda qeyd olunur.
İnsidentlə bağlı araşdırma aparılır.(oxu.az)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































