ANAMA əməkdaşı Xocalıda minaya düşüb
10 Sentyabr 10:46
Ayın son 3 günündə qış havası gözlənilir
Mediainfo.az saytına Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, martın 29-u axşam qərb rayonlarından başlayaraq martın 31-i gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarında sululuğun artacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-7 dərəcə aşağı enəcək.