Şamaxı rayonunda gənc oğlan intihar edib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün saat 12.00 radələrində rayonun Ovculu kəndində baş verib.
Kənd sakini 1995-ci il təvəllüdlü Alıyev Müzadil Şahsəddin oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihar edib.
M. Alıyev bir neçə aydır ki, nişanlıdır və bu yaxınlarda toyu olacaqmış. M. Alıyevin maddi vəsait problemi səbəbindən Novruz bayramı ilə əlaqədar nişanlı olduğu qızın evinə bayram sovqatı apara bilmədiyi üçün özünə qəsd etdiyi bildirilir.
Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?



















































