Qlobal istiləşmə 5 milyon insanın yaşadığı ərazilərin sel altında qalması ilə nəticələnə bilər.
Belə bir iddia "Environmental Research Letters" jurnalında çap olunan məqalədə yazılıb.
"Bir çoxları Paris Sazişinin prinsiplərinə riayət etməyin iqlim fəlakətlərindən xilas olacağına inanırlar. Lakin biz bəşəriyyətin tez-tez daşqınlara məruz qalacağını sübut etdik. Temperaturun 1.5 dərəcə artımı ilə dəniz səviyyəsi yüksəlməyə davam edəcək və 21-ci əsrin sonunda hər 5 ildən bir Nyu Yorkda Sendi qasırğası kimi qasırğalar baş verəcək. 2150-ci ilə qədər temperaturun 1,5-2 dərəcə qalxması 5 milyondan çox insanın yaşadığı əraziləri su altında qoya bilər. Buraya 60 minə qədər əhalisi olan kiçik ada dövlətləri də aiddir. Əsrin sonuna yaxın temperaturun 1,5 dərəcə artması dənizlərin orta səviyyəsini 48 santimetr qaldıracaq. Temperatur 2 dərəcə artdıqda isə suyun səviyyəsi 56 santimetr artacaq", – deyə məqalədə bildirilib.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?



















































