İspaniyanın paytaxtı Madriddə kütləvi dava olub.
Bu barədə "Pais" qəzeti məlumat yayıb.
Məlumata əsasən, 35 yaşlı seneqallı küçə satıcısı Mame Mbaqe polislərdən qaçarkən ürək tutmasından ölüb. Onun 14 il əvvəl İspaniyaya gəldiyi deyilir.
Ötən gün isə Mame Mbaqenin yaşadığı Madridin Lavapes rayonunda 200 yaxın insan toplaşıb. Onlar "sosial dövlət, polis dövləti yox", "Polis qatillər", "Polislər Madriddən çıxın" deyə şuarlar səsləndiriblər.
Etirazçılar avtobus dayanacaqlarını və bankomatları dağıdıb, zibil qablarını və polis maşınlarını yandırıblar. Polis rezin güllədən istifadə edib.
Aksiya zamanı 10 polisin və 4 vətəndaşın xəsarət aldığı bildirilir.(qafqazinfo)
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?



















































