Şəkidə avtomobili körpüdən çaya düşüb, üç nəfər xəsarət alıb.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gecə saat 04.00 radələrində Şəki-Qax avtomobil yolunun Şəkinin İnçə kəndi ərazisində keçən hissəsində sürücüsünün adı dəqiq məlum olmayan "Hyundai" markalı, 90 VA 676 dövlət nömrə nişanlı minik avtomobil qatı duman səbəbindən idarəetmədən çıxıb və körpüdən çaya düşüb. Avtomobildə olan Qax rayonu Baydarlı kənd sakinləri - 1997-ci il təvəllüdlü Elməddin Vəli oğlu Vəliyev, 1997-ci il təvəllüdlü Anar Akif oğlu Yusifov və 1993-cü il təvəllüdlü Xəzər Azər oğlu Əhmədli aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.
MRX-dan APA-ya verilən məlumata görə, yaralılardan Elmədin Vəliyevin və Anar Yusifovun müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyətləri orta-ağır qiymətləndirilir. Xəzər Əhmədlinin xəsarəti yüngül olduğundan ona ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



















.jpg)

.jpg)

































