Bu gün səhər saatlarında Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, Şirvan-Salyan marşrutu üzrə hərəkət edən mikroavtobusla "Şirvan oil"ə məxsus xüsusi qurğulu "KamAZ" markalı yük maşını toqquşub.
Nəticədə mikroavtobusda olan 15 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıblar.Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, martın 11-də Yevlax rayonu ərazisində orta məktəb şagirdlərini daşıyan mikroavtobus da qəzaya uğramışdı.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?



















































