Türkiyənin "Başaran Holding"inə məxsus təyyarənin qəzaya uğramasının səbəbi mühərrikin alışması olub.
APA-nın xəbərinə görə, bu barədə ISNA -ya İran FHN-nin nümayəndəsi Moctabu Xalidi bildirib.
"Təyyarə mühərrikin alışması səbəbindən qəzaya uğrayıb. Yerli sakinlər təyyarənin düşməsinin şahidi olublar. Alovlanan təyyarənin yerə çrpılmasını bir neçə şəxs müşahidə edib. İranın Mülki Aviasiyasl Təçkilatı insidenti araçdırır.
Məlumata görə, hadisə yerinə yanğın hələ sondürülməyib.
Xilasedicilərin dağlıq ərazidə baş vermiş hadisə yerinə çatdığı bildirilir.
Qeyd edək ki, bu gün Birləşmiş Ərəb Əmirliklərindən İstanbula uçan təyyarə Tehranın cənubunda, Şahrekord şəhəri yaxınlığında qəzaya uğrayıb. Dağlıq əraziyə düşən təyyarə yerə çırpılaraq yanmağa başlayıb. "Reuters" agentliyi təyyarədə 3 heyət üzvü və 8 sərnişin olmaqla, 11 nəfər olduğu və qəzada onların hamısının həyatını itirdiyi barədə məlumat yayıb.
Qeyd edək ki, təyyarədə olanlar arasında "Başaran Holding"in rəhbəri Hüseyn Başaranın qızının da olduğu bildirilir.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



















.jpg)

.jpg)

































