Xəbər verildiyi kimi, bu gün respublikamızın 27 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin məzunları üçün ümumorta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imthanının birinci mərhələsi keçirilib. Bu imtahanda iştirak etmək üçün Yevlax rayonu Aran qəsəbə 1 nömrəli tam orta məktəbinin 15 şagirdi, 1 direktor müavini və 1 nəfər məktəbin əməkdaşından ibarət heyəti aparan mikroavtobus Yevlax rayonu ərazisində qəzaya uğrayıb. Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi qəza ilə bağlı məlumat yayıb: "Hadisə zamanı xəsarət alanlardan 12 nəfər Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların xəsarəti yüngül olduğundan ilkin tibbi yardımdan sonra xəstəxanadan evlərinə buraxılıblar. Digər 5 nəfər xəsarət alan şəxs Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Şagirdlərdən 3 nəfərin vəziyyəti qənaətbəxşdir və müalicəsi davam etdirilir. Qəza nəticəsində kəllə-beyin travması alan 1 şagird və məktəbin əməkdaşının müalicəsini davam etdirməsi üçün Səhiyyə Nazirliyi tərəfindən Bakı şəhərindən həkim briqadası ezam olunub. Hazırda Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin rəsmiləri Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasındadırlar. Qəza zamanı xəsarət alanlara şəfa diləyir və tezliklə normal həyatlarına qovuşmasını arzu edirik!"
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?



















































