Türkiyə vətəndaşı Muhammed Emin Bahar martın 9-da Sınıq Körpü keçid məntəqəsindən Azərbaycana daxil olarkən əsassız yerə ondan artıq ödəniş alındığını iddia edib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, o qeyd edib ki, idarə etdiyi avtomobili yük məqsədi ilə istifadə etmədiyi halda "yük avtomobili" kimi qeydə alınıb və Azərbaycanda 10 gün qalacağını desə də, gömrük əməkdaşı səhvən 30 gün qeyd edib, sonradan isə bunu dəyişməkdən imtina edib. Buna görə də 238 AZN rüsum ödədiyini bildirib. E.Bahar artıq ödədiyini idda etdiyi pulunu geri qaytarılmasını istəyib.
"Qafqazinfo"nun bununla bağlı sorğusuna Dövlət Gömrük Komitəsindən cavab verilib. Qurumun cavabında qeyd edilib ki, həmin şəxs gömrük sərhədini keçərkən gömrük əməkdaşına turist kimi ölkəmizə gəldiyini bildirib: "Olkəmizdə 15 gün, hətta 1 ay da qala biləcəyini bəyan edib. Muhammed Emin Bahar gömrük əməkdaşına dəqiq müddət bildirmədiyindən onun geri dönüş zamanı hər hansı problemlə qaşılaşmaması üçün maksimum müddət qeydə alınıb. İdarə etdiyi avtomobil isə həmin nəqliyyat vasitəsinin texniki pasportunda da qeyd olunduğu üzrə kiçik həcmli yük nəqliyyat vasitəsi olduğundan yük nəqliyyat vasitəsi olaraq da qeydiyyata alınıb. Muhammed Emin Bahar sərhədkeçmə prosesi zamanı qanunvericilikdə nəzərdə tutulan vəsaiti banka ödəyib və onun irəli sürdüyü iddialar həqiqətə uyğun deyil".
Murad Əhməd



Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?



















































