"Son 3-4 ildə abort elətdirən məktəblilərin sayı 1200-ə çatıb".
Bunu BiG.AZ saytına açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Kamran Əsədov qeyd edib ki, abort etdirənlər 9-cu, 10-cu və 11-ci sinif şagirdləridir: "Artıq biz abort olunma həddindəyik. Təəsüflər olsun ki, orta məktəblərin idarə olunmasındakı ciddi boşluqlar daha təhlükəli fəsadlar yarada bilir. Belə ki, son illər ərzində rəsmi statistikalara nəzər saldıqda görürük ki, abort olanlar arasında az yaşlıların, məktəblilərin sayı çoxalır. Bu kimi halların baş verməsinin əsas səbəbi məktəblərdə nəzarətsizliyin hökm sürməsi, səlahiyyətli şəxslərin öz vəzifələrinin öhdəsindən lazımınca gəlməməsidir. Bu kimi halların baş verməsinə şagirdlərin fiziki inkişafla bağlı məlumatsızlığı da təsir göstərir. Şagirdlər arasında cinsi inkişaf, onun fəsadları ilə bağlı lazımi maarifləndirmə tədbirləri görmək lazımdır. Avropa və Amerika ölkələrində bununla bağlı xüsusi təlimçilər var. Amma biz yalnış olaraq düşünürük ki, bu şagirdlərə daha da açıq olmaq və beyinlərini oyatmaq kimi olacaq. Bu heç də belə deyil. Necə olur ki, hər gün siqaret əleyhinə, narkomaniya əleyhinə, erkən nigahlar əleyhinə təbliğatlar aparırırq, amma heç bir fəsad yoxdr, amma zorlama, cinsi istismar, onun fəsadları barədə təbliğat aparmaqdan qorxuruq. Əlbətdə ki, bunu qız və oğlan şagirdlərə fərqli olaraq marifləndirmək lazımdır. Əgər bu kimi tədbirlər görülsə, şagirdlər arasında abort hallarının sayı kəskin şəkildə azalacaqdır".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



















.jpg)

.jpg)

































