Rusiyanın Orenburq şəhərində baş vermiş yanğın nəticəsində xəsarət alan azərbaycanlılardan biri xəstəxanada ölüb.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə APA-nın Rusiya bürosuna Orenburqdakı Azərbaycan icmasının rəhbəri Yaşar Məsimov məlumat verib. O bildirib ki, fevralın 12-də Orenburq şəhərinin Salmışskaya küçəsi-58/1 ünvanında yerləşən binanın 9-cu mərtəbəsində baş verən yanğın nəticəsində ağır yanıq xəsarəti alan 1936-cı il təvəllüdlü İzzət Quliyeva xəstəxanada vəfat edib.
Diaspor rəhbəri yanğın nəticəsində yaralanan daha 3 nəfərin xəstəxanada olduğunu, onlardan birinin vəziyyətinin ağır olduğunu söyləyib.
Qeyd edək ki, fevralın 12-də günorta saatlarında Orenburq şəhərinin Salmışskaya küçəsi-58/1 ünvanında yerləşən binanın 9-cu mərtəbəsində yanğın baş verib. Nəticədə 1980-ci il təvəllüdlü Quliyev Hatəm (Namiq) Akif oğlu, onun 3 yaşlı qızı Leyla və 6 yaşlı oğlu Eysevər, 1967-ci il təvəllüdlü Qabil Qarayev ölüb. Yanğın zamanı 2009-cu il təvəllüdlü Sevinc Quliyeva, 1995-ci il təvəllüdlü Aytən Quliyeva, 1936-cı il təvəllüdlü İzzət Quliyeva, 1992-ci il təvəllüdlü Sədaqət Quluyeva və 1969-cu il təvəllüdlü Sevinc Quliyeva ağır yanıq xəsarətləri alıb. Sevinc Quliyeva, Sədaqət Quliyevə və İzzət Quliyeva daha sonra xəstəxanada keçiniblər.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



















.jpg)

.jpg)

































