Bu ilin fevral ayında nikaha daxil olmaq istəyən 10125 nəfər tibbi müayinədən keçib.
Səhiyyə Nazirliyinin B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva APA-ya deyib ki, ötən ay müayinədən keçən şəxslərdən 390 nəfərində talassemiya daşıyıcılığı, 17 nəfərdə sifilis, 12 nəfərdə isə QİÇS aşkarlanıb.
Onun sözlərinə görə, hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 7 olub.
Direktor qeyd edib ki, Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsinin tətbiq olunduğu 1 iyun 2015-ci ildən 28 fevral 2018-ci ilə kimi 383 805 nəfər müayinədən keçib: "İndiyə qədər tibbi müayinədən keçmiş 14 654 nəfərdə talassemiya daşıyıcılığı, 1366 nəfərdə sifilis, 305 nəfərdə isə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 141 olub".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



















.jpg)

.jpg)

































