ANAMA əməkdaşı Xocalıda minaya düşüb
10 Sentyabr 10:46
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda qadın ona zahiri görünüşünə irad tutan, sonra da söz ataraq sataşan kişiləri zopa ilə döyüb.
Olay şəhərin mərkəzindəki parklardan birində yaşanıb.
6 yaşlı qızı ilə parkda gəzintiyə çıxmış gənc qadına yaxınlaşan üç kişi onun geyiminin "mömin müsəlman qadına uyğun olmadığını" söyləyib.
Daha sonra onlar qadına söz atmağa, sataşmağa başlayıblar.
Qadın sinirlənib və ağacın dibindəki taxta zopanı götürərək ona sataşanları döyməyə başlayıb.
Hadisənin videosu sosial şəbəkələrdə yayılandan sonra Ər-Riyad polisi araşdırmaya başlayıb.Milli.az