ANAMA əməkdaşı Xocalıda minaya düşüb
10 Sentyabr 10:46
Sumqayıtda bir evdə 6 meyit tapılıb.
Qonşular polisə şikayət edərək bir neçə gündür mənzildən pis qoxunun gəldiyini bildiriblər.
Bundan sonra hüquq-mühafizə orqanları hadisə yerinə gəlib. Sülh küçəsində yerləşən həmin mənzildə 6 nəfərin meyiti aşkar edilib.
Sumqayıt Şəhər Polis İdarəsindən "Qafqazinfo"ya məlumatı təsdiqləyiblər. Bildirilib ki, hazırda işlə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.